
"Konyaspor"da çıxış edən millimizin hücumçusu Mahir Emreli bacısı Ayşə ilə görüntülərini yayımlayıb.
Sportinfo.az xəbər verir ki, futbolçu bacısının ad günü olduğunu vurğulayaraq bunları yazıb:
"Sən və mən əbədi bacı-qardaşıq. Unutma ki, nə zaman yıxılsan, səni ayağa qaldıracam. Gülməyimi bitirəndən sonra".
Mahir Ayşənin 24 yaşı olduğunu vurğulayıb.
Mahir və Ayşə uzun müddətdir ayrılan prodüser Anar və Elnurə Mədətovaların övladıdır.