Finalda əlbəyaxa oldular, 6 ay müddətinə futboldan uzaqlaşdırıldılar - VİDEO

25 May 2023 01:40 Hadisə 591
Finalda əlbəyaxa oldular, 6 ay müddətinə futboldan uzaqlaşdırıldılar - VİDEO

Cənub-Şərqi Asiya Oyunlarında dava etdiyi aşkarlanan taylandlı futbolçularla bağlı qərar verilib.

Sportinfo.az xəbər verir ki, final matçında əlbəyaxa olan futbolçular 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Bu barədə Tayland Futbol Federasiyası məlumat yayıb.

Federasiyadan verilən açıqlamada İndoneziya ilə matçda dava saldıqları aşkarlanan millinin qapıçısı Soponvit Rakyart və ehtiyat oyunçular skamyasındakı Teerapak Pruenqna haqqında əvvəlcə 1 il müddətinə diskvalifikasiya qərarı çıxarıldığı, lakin yaşlarının az olduğu və səhvlərini boyunlarına aldıqları üçün, cəzanın 6 aya endirilidiyi bildirilib.

Bununla yanaşı davada iştirak edən qapıçı məşqçisi Prasadçok Çokmoh, həmçinin texniki heyət üzvləri Mayid Madadada və Phatravut Vonqsripuek bir il müddətinə futboldan uzaqlaşdırılıb.

Keçən həftə Kambocanın ev sahibliyi etdiyi oyunlar çərçivəsində kişilər arasında keçirilən futbol yarışlarının final matçında İndoneziya Taylandla üz-üzə gəlib.

İndoneziyalılar normal müddəti 2:2 bitən qarşılaşmanın uzatma dəqiqələrində vurduqları qollarla Taylandı 5:2 hesabı ilə məğlub edib.

Üçüncü qoldan sonra hər iki tərəfin ehtiyat oyunçular skamyasında oturan futbolçularla texniki heyət arasında qarşıdurma yaşanıb.

Tərəflər təhlükəsizlik qüvvələrinin müdaxiləsi sayəsində çətinliklə sakitləşdirilib. 4 futbolçunun qırmızı vərəqə aldığı oyunu Tayland millisi 8 nəfərlə bitirib.

Asiya Futbol Konfederasiyası (AFC) final oyunu ilə bağlı araşdırmalara başladığını açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!