Azərbaycan klublarından 2 legioner çağırıldı - “Avro-2024”ün oyunlarına

24 May 2023 00:50 Hadisə 550
Azərbaycan klublarından 2 legioner çağırıldı - “Avro-2024”ün oyunlarına

Belarus millisinin Avro-2024-ün seçmə mərhələsində İsrail və Kosovo yığmaları ilə keçiriləcək oyunlar üçün genişləndirilmiş heyəti açıqlanıb.

Sportinfo.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Georgi Kondratyev Azərbaycan klublarından da iki oyunçuya dəvət göndərib.

Bunlar "Kəpəz"in müdafiəçisi Yeqor Xvalko və "Neftçi"nin hücumçusu Yeqor Boqomolskidir.

Onlar 33 nəfərlik siyahıda yer alıb. 23 oyunçudan ibarət yekun heyət isə millinin toplanışı ərəfəsində açıqlanacaq.

Rusiyanın Ukraynaya hərbi hücumuna dəstək verən Belarusun milli komandası UEFA-nın qərarına əsasən ev oyunlarını neytral ərazidə keçirir. İsrail və Kosovo yığmalarına qarşı oyunlar müvafiq olaraq iyunun 16-da və 19-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu