Ermənilərin Xankəndidə kef-damaq "blokada"sı - VİDEO+FOTO

23 May 2023 12:50 Hadisə 567
Ermənilərin Xankəndidə kef-damaq "blokada"sı - VİDEO+FOTO

Ermənilər tarixən özlərini dünyaya “əzilən”, “əzabkeş”, “acından ölən” xalq kimi təqdim edib, öz çirkin niyyətlərini həyata keçirməyə çalışıblar.

Biz bu gün də bunun şahidi olmaqdayıq. Xankəndidə yaşayan ermənilər son vaxtlarda yenidən haray-həşir salaraq guya Azərbaycanın onları blokadaya alması nəticəsində “acından ölürük” deyirlər və bundan “əzab” çəkdiklərini dünyaya bəyan edirlər.

Amma dünya da artıq əvvəlki dünya deyil. Hamı kimin kim olduğunu yaxşı anlayır. Artıq dünya birliyi də ermənilərin necə riyakar, yalançı olduqlarını başa düşürlər.

Ermənilərin Azərbaycan tərəfindən “blokadaya alındıqları” nəticəsində “aclarından ölməsi”, “sıxıntı çəkməsi” və sair uydurmaları məhz özlərinin sosial şəbəkələrdə paylaşımları ilə inkar edirlər və bunun tam əksinin olduğunu ortaya qoymuş olurlar.

Sosial mediadakı paylaşımlar Azərbaycanın onları hər hansı formada təcrid etmədiyi faktını ortaya qoyur.

Ermənilərin özlərinin sosial mediada Xankəndidə fəaliyyət göstərən "Sanremo" restoranından etdiyi paylaşım, onların dediklərinin tam əksini sübut edir. Görüntülərdə Xankəndidə yaşayan ermənilərin nə acından öldüyünü, nə onların son günlərdə Sərsəng su anbarının suyunun Azərbaycan tərəfindən kəsilməsi, nə elektrik enerjisinin verilməsində hər hansı problemin olmadığını açıq-aydın görmək olar. Əksinə, Qarabağda yaşayan ermənilərin eyş-işrət içərisində yaşadığını görmək mümkündür.

387088

Maraqlıdır ki, sözügedən görüntülərin Xankəndidə çəkilmədiyini iddia edən ermənilər də tapılıb. Lakin məkanın dəqiq harada yerləşdiyini isbat edən faktlar onların növbəti manipulyativ addımlarını ifşa edib.

Yeri gəlmişkən, ötən günlərdə bir qrup erməninin Xankəndinin blokada salınmasını bəhanə edərək "aksiya" keçirməsi və bu zaman BQXK-nin avtomobillərinin hərəkətinə mane olması isə onların əsl mahiyyətini ortaya qoyur.387087

Digər Xəbərlər
Xəbər Lenti