İkisi futbolçu xanımı, biri bacısı –Bakıda stadiondan çəkilən MARAQLI FOTO

28 Sentyabr 2022 20:00 Hadisə 1 017
İkisi futbolçu xanımı, biri bacısı –Bakıda stadiondan çəkilən MARAQLI FOTO

Gənc nəsil futbolçu xanımları və qadın doğmaları bir-biri ilə şəxsi tanışlığı və şəxsi münasibəti ilə seçilir.

Hazırda top dalınca qaçanların bir çoxu bir-biri ilə ailəvi dostluq edir, gediş-gəliş münasibəti saxlayır.

Vaxtaşırı onları təkcə stadionlarda yox, şəhərin müxtəlif yerlərindəki restoranlarda da görmək mümkündür.

Bu dəfə diqqət mərkəzində Təmkin Xəlilzadə ilə Ozancan Kökçünün xanımı və Mahir Emrelinin bacısı idi.

Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunları çərçivəsində Bakıda keçirilən Azərbaycan – Qazaxıstan qarşılaşması (3:0) zamanı Çinarə Xəlilzadə və Sevil Kökçü, eləcə də Ayşə Emreli meydanda yaşananları birlikdə izləyib, bərabər seviniblər.

Çinarə xanım uzun illərdir AFFA-da çalışdığından, futbol sektoruna bələddir və bu mənada futbolçuların xanım əzizlərini yaxından tanıyır.

HƏBİB /SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti