Yusufun transferində “Nataşa” OLAYI – Hamını ŞOK EDƏN VİDEO

20 Yanvar 2022 01:00 Hadisə 1 012
Yusufun transferində “Nataşa” OLAYI – Hamını ŞOK EDƏN VİDEO

MOİK Türkiyə millisinin futbolçusu Yusuf Yazıcının transferi ilə bağlı qalmaqallı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Moskva təmsilçisinin rəsmi tviter səhifəsində paylaşılan videoda 25 yaşlı yarımmüdafiəçi ilə instaqramda yazışma səhnəsi əks olunub.

Videoda Yazıcının əvvəlcə klubun çoxsaylı mesajlarına cavab vermədiyi, yalnız "Yusuf, bura Rusiyadır, bizdə nataşalar çoxdur" ismarıcından sonra "Yoldayam, 5 dəqiqəyə çatıram" yazdığı göstərilib.

Reaksiyalardan sonra videonu silən MOİK daha sonra üzrxahlıq mesajı yayımlayıb.

Klub televiziyasının redaktoru Katerina Kirilçeva bildirib ki, qısa müddətdə ssenari yazmalı olduğu üçün ağlına bu cür ideya gəlib:

"Bu yersiz, uğursuz və bir qədər də təhqiredici videoya görə həm ictimaiyyətdən, həm də Yusufun özündən üzr istəyirəm".

MOİK Yusuf Yazıcını Fransanın "Lill" klubundan cari mövsümün sonunadək icarəyə götürüb.

Rusiya Futbol Federasiyasının Etika Komitəsi də açıqlama yayıb. Bildirilib ki, bu Rusiya qadınları haqqında təhqiramiz hadisədir. Eyni zamanda, komitənin bu vəziyyəti qiymətləndirəcəyi də qeyd edilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!