COP29

“Fransa 2:1 hesabı ilə qalib gələcək” – Məşhurdan PROQNOZ

9 İyul 18:40 Avropa çempionatı 919
“Fransa 2:1 hesabı ilə qalib gələcək” – Məşhurdan PROQNOZ

Almaniya millisinin sabiq müdafiəçisi Lotar Matteus AÇ-2024-ün yarımfinalında İspaniya – Fransa matçından gözləntilərini bölüşüb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, İspaniya millisinin yaxşı oyunçularının olduğunu bildirib:

“İspaniya millisində əlbəttə ki, yaxşı oyunçular var, lakin onlara çox güclü Fransa rəqib olacaq. F

ransızların hücumu hələ təsirli deyil, bu, qəribədir. Amma finala çıxmaq perspektivi bunu dəyişəcək. Düşünürəm ki, Fransa millisi 2:1 hesabı ilə qalib gələcək”.

İspaniya və Fransa milli komandaları arasında yarımfinal oyunu iyulun 9-da Münhendə keçiriləcək və saat 23.00-da start götürəcək.

Didye Deşamın komandası turnirin 1/4 finalında Portuqaliyaya qalib gəlib (0:0, penaltilər 5:3), ispanlar isə Almaniya millisini məğlub edib (2:1).

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?