Türkiyənin şansı gətirmədi, AVRO-2024 ilə vidalaşdı

7 İyul 2024 01:10 Avropa çempionatı 664
Türkiyənin şansı gətirmədi,  AVRO-2024 ilə vidalaşdı

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub.

76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.

Türkiyə millisinin ehtiyat oyunçular skamyasında olan hücumçusu Bertuğ Yıldırım isə 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti