COP29

Temp verən ispanlar, çaş-baş qalan "xoruzlar" – VİDEO

10 İyul 16:00 Avropa çempionatı 772
Temp verən ispanlar, çaş-baş qalan "xoruzlar" – VİDEO

“İspaniya millisinin ən önəmli göstəricisi oyun tempini idarə etməsidir.

Tətbiq edilən pressinqə söz ola bilməz.

Yüksək sürət fransızları çaş-baş salmışdı. Bir sözlə, ssenarini İspaniya yazdığı kimi oynadı, “xoruzlar” isə çarəsiz qaldı”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış yazar Avro-2024-ün yarımfinal mərhələsi çərçivəsində keçirilən İspaniya - Fransa qarşılaşması (2:1) barədə danışıb.

Qeyd edib ki, ispanlar oyuna sürətli başlasa da, qolu fransızlar vurdular. Belə ki, topa daha çox sahib olan, ikinci fazada pressinq tətbiq edərək fransızları topsuz qoyan İspaniya təəccüblü olsa da, qapısında qol gördü:

“Qoldan sonra da eyni oyun anlayışına sadiqliq nümayiş etdirən İspaniya hücumlar zamanı geri dönən toplara da sahib çıxdı.

Belə epizodlardan biri qolla nəticələndi. Buraxdıqları qolun şokunu yaşayan "xoruzlar" daha bir zərbə ilə üz-üzə qaldılar.

Cəmi 5 dəqiqə ərzində 2-ci topu qapılarında gördülər. Xüsusilə İspaniya yığmasında 16 yaşlı Lamin Yamalın performansı daha çox diqqət çəkirdi”.

Elçin Cəfərov onu da deyib ki, fasilədən sonra da ilk hissədəki ssenari davam edib. Düzdür, fransızlar bir az tempi artırsalar da, amma hücum xəttində faydalı iş əmsalı aşağı idi.

Lakin bütün cəhdlərə baxmayaraq, ikinci hissədə qol olmadı, yekunda qələbə qazanan ispanlar finala yüksəldilər.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…