“Ağırdır, həm futbolçular, həm də millətimiz üçün kədərlənirəm"

8 İyul 2024 00:20 Avropa çempionatı 890
“Ağırdır, həm futbolçular, həm də millətimiz üçün kədərlənirəm"

“Həm futbolçular, həm də millətimiz üçün kədərlənirəm”.

Sportinfo.az xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçirdikləri matçı haqda bildirib.

O, uduzmağa layiq olmadıqlarını söyləyib:

“Ağırdır, çox səylər göstərdik, şanslar yaratdıq. İngiltərə yığmasının çox şansı olmadı.

Evə qayıtmağa layiq deyilik, amma həqiqətən fəxr edirəm. İngiltərə də uduzmağa layiq deyildi. Amma kimsə itirməlidir”.

İsveçrə millisi 1/4 finalda İngiltərəyə penaltilər seriyasında məğlub olaraq Avropa çempionatında mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu