
Almaniyada təşkil olunan Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.
Sportinfo.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi qələbə qazanıb - 2:1.
Matçda 7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub.
90+1-ci dəqiqədə isə Olli Uotkins adını tabloya yazdırmaqla ingilislərin qalibiyyət qoluna imza atıb.
Finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub.
Həlledici qarşılaşma iyulun 14-ü, saat 23:00-da keçiriləcək.
Niderland - İngiltərə - 1:2
Qollar: Xavi Simons, 7 (1:0), Harri Keyn, 18-pen. (1:1), Ollie Vatkins, 90+1 (1:2)
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".