Azərbaycanın hansı klubu “Spartak”ın legionerina elçi düşüb?

24 Oktyabr 2023 09:40 Turan 1 738
Azərbaycanın hansı klubu “Spartak”ın legionerina elçi düşüb?

“Spartak”ın (Varna) legioneri Romişu İveyu karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Bu haqda Bolqarıstan mediası xəbər yayıb.

“Sportal.bg” portalının yazdığına gbrə, adıçəkilən yarımmüdafiəçi Premyer Liqa klublarımızın diqqət mərkəzindədir.

Bildirilib ki, 29 yaşlı panamalının bu qış mümkün transferiylə bağlı "Spartak" rəhbərliyi ilə artıq razılıq əldə edilib.

Redaksiyamız şimalı amerikalının ətrafında müəyyən araşdırma aparıb. Bizə məlum olub ki, onunla təmasa keçən klub "Turan Tovuz"dur.

Premyer Liqamızın iştirakçısı İveyunun xidmətində maraqlıdır və artıq danışıqların bir hissəsi geridə qalıb.

Ancaq hələ demək olmaz ki, qərb təmsilçisi bu transferdə sona gəlib. Tərəflər hələ müqavilənin maliyyə şərtlərini razılaşdırmayıblar.

Vinger 2022-ci ildən “Spartak”da (Varna) oynayır. O, Panama milisinin də üzvüdür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti