Paytaxt təmsilçisi müdafiəçisini sata bilər - Tez-tez zədələndiyi üçün

03:20 İngiltərə 61
Paytaxt təmsilçisi müdafiəçisini sata bilər - Tez-tez zədələndiyi üçün

“Arsenal”ın müdafiəçisi Rikardo Kalafiori mövsümün sonunda komandadan ayrıla bilər.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, London klubunda 23 yaşlı futbolçunun tez-tez zədələnməsindən narahatlıq var və bu səbəbdən, onun satış variantı nəzərdən keçirilir.

Kalafiori bu yaxınlarda zədəsini sağaldaraq İngiltərə kubokunda “Uiqan”a qarşı oyuna hazır idi. Ancaq o, matçöncəsi isinmə hərəkətləri zamanı yenidən zədə alıb.

“Arsenal” italiyalı müdafiəçini 2024-cü ilin yayında “Bolonya”dan 45 milyon avro qarşılığında transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı