“Liverpul” satmağı planlaşdırmır - “Real”ı arzulayan macarı

01:30 İngiltərə 64
“Liverpul” satmağı planlaşdırmır - “Real”ı arzulayan macarı

Son günlər mətbuatda “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslainin “Real”a mümkün transferi barədə xəbərlər yayılıb.

Şayiələrə Macarıstan millisinin baş məşqçisi Marko Rossi də əlavə rəng qatıb. O, bildirib ki, Soboslai uşaqlıqdan “Real”da oynamağı arzulayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” macar futbolçunu satmağı planlaşdırmır.

Mersisayd təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq niyyətindədir və danışıqlar prosesi müsbət irəliləyir.

Soboslainin klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı