“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska yay transfer pəncərəsində “Arsenal”a keçə bilər.
Sportinfo.az “Football İnsider”-ə istinadən xəbər verir ki, “topçular” almaniyalı futbolçunu azad agent kimi heyətinə qatmaq niyyətindədir.
Londonlular Qoretskanı Deklan Rays üçün ehtiyat oyunçu kimi görürlər.
Klub 31 yaşlı yarımmüdafiəçinin fiziki cəhətdən güclü və çoxistiqamətli oyunçu olduğunu, müdafiədən hücum xəttinə qədər çıxış edə biləcəyini qiymətləndirir.
“Arsenal”ın Qoretska uğrunda mübarizədə əsas rəqibi “Tottenhem”dir.
Qoretska cari Bundesliqa mövsümündə 19 oyuna çıxıb və 2 qol vurub.

