“Qalatasaray” səfərdə “Mançester Siti”yə, “Real” evdə “Benfika”ya uduzdu - Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ

“Qalatasaray” səfərdə “Mançester Siti”yə, “Real” evdə “Benfika”ya uduzdu - Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ

Çempionlar Liqasının əsas mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son turun bütün oyunları eyni günə təsadüf edib.

“Qarabağ”ın “Liverpul”a yenildiyi gündə Türkiyə çempionu “Qalatasaray” da səfərdə “Mançester Siti”yə uduzub.

Madrid “Real”ı isə “Benfika”ya məğlub olub.

PSJ (Fransa) – Nyukasl (İngiltərə) 1:1
Mançester Siti (İngiltərə) – Qalatasaray (Türkiyə) 2:0
Liverpul (İngiltərə) – Qarabağ (Azərbaycan) 6:0
Borussiya (Dortmund, Almaniya) – İnter (İtaliya) 0:2
Barselona (İspaniya) – Kopenhagen (Danimarka) 4:1
Arsenal (İngiltərə) – Kayrat (Qazaxıstan) 3:2
Bayer (Almaniya) – Vilyarreal (İspaniya) 3:0
Atletiko (İspaniya) – Bodo Qlimt (Norveç) 1:2
Benfika (Portuqaliya) – Real (İspaniya) 4:2
Ayntraxt (Almaniya) – Tottenhem (İngiltərə) 0:2
Brügge (Belçika) – Olimpik (Marsel, Fransa) 3:0
PSV (Niderland) – Bayern (Almaniya) 1:2
Ayaks (Niderland) – Olimpiakos (Yunanıstan) 1:2
Napoli (İtaliya) – Çelsi (İngiltərə) 2:3
Monako (Fransa) – Yuventus (İtaliya) 0:0
Yunion (Belçika) – Atalanta (İtaliya) 1:0
Atletik (İspaniya) – Sportinq (Portuqaliya) 2:3
Pafos (Kipr) – Slaviya (Praqa, Çexiya) 4:1

Bu nəticələrdən sonra maksimum nəticə göstərmiş “Arsenal” (24 xal), eləcə də “Bayern” (21), “Liverpul” (18), “Tottenhem” (17), “Barselona” (16), “Çelsi” (16), “Sportinq” (16) və “Mançester Siti” (16) ÇL-in 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar.

“Real” (15), “İnter” (15), PSJ (14), “Nyukasl” (14), “Yuventus” (13), “Atletiko” (13), “Atalanta” (13), “Bayer” (12), “Borussiya” (11), “Olimpiakos” (11), “Brügge” (10), “Qalatasaray” (10), “Monako” (10), “Qarabağ” (10), “Bodo Qlimt” (9) və “Benfika” (9) da 1/8 finala vəsiqə uğrunda pley-off görüşləri keçirəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 18:10 Çək və bizə göndər!