COP29

"Bavariya" və "Real" üz-üzə gələcək - ÇL-də ilk yarımfinal gecəsi

30 Aprel 12:20 Çempionlar Liqası 271
"Bavariya" və "Real" üz-üzə gələcək - ÇL-də ilk yarımfinal gecəsi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, birinci oyunda "Bavariya" və "Real" üz-üzə gələcək.

Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar "Arsenal"a qalib gəlibsə, "Kral klubu" "Mançester Siti"dən güclü olub.

"Allianz Arena"da keçiriləcək matç saat 23:00-da başlayacaq.

Mayın 1-də yarımfinal mərhələsinin digər oyununda "Borussiya" Dortmundda PSJ-ni qəbul edəcək.

30 aprel

23:00. “Bavariya" (Almaniya) - “Real” (İspaniya)
Baş hakim: Klement Turpin (Fransa).
Münhen, “Allianz Arena” stadionu.

Digər Xəbərlər
Xəbər Lenti