COP29

Yarımfinalın ən yaxşı qoluna namizədlər - Çempionlar Liqasında

2 May 12:00 Çempionlar Liqası 522
Yarımfinalın ən yaxşı qoluna namizədlər - Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin ən yaxşı qoluna namizədlər açıqlanıb.

Sportinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, turnirin yarımfinal mərhələsində baş tutan oyunlardan sonra UEFA ən yaxşı qolun müəllifi olmağa namizədlərin adlarını müəyyənləşdirib.

Siyahıda üç futbolçu – Niklas Fullkruq (“Borussiya”, Dormund), Leroy Sane (“Bayern”) və Vinisius Junior (“Real”) yer alıb.

Fullkruq PSJ (1:0) ilə oyunun 36-cı, Sane “Real”la (2:2) matçın 53-cü dəqiqəsində fərqlənib. Vinisiusun isə “Bayern” (2:2) ilə görüşün 24-cü dəqiqəsində vurduğu qol siyahıya salınıb.

Həftənin ən yaxşı qolu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.

Digər Xəbərlər
Xəbər Lenti