"Özünü maliyyələşdirməyi bacaran çox az klub qalıb"

3 Avqust 2020 15:04 Azərbaycan Futbolu 579
"Özünü maliyyələşdirməyi bacaran çox az klub qalıb"

AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən fövqəladə iclasında aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olundu.

“Qəbələ” və “Zirə”nin müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən “Qəbələ”yə 1.500.000 (bir milyon beş yüz min), “Zirə”yə isə 500.000 (beş yüz min) AZN maliyyə yardımı göstərilməsi rəsmiləşdi.

İclasın gedişində irəli sürülən təklif əsasında Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar “Sumqayıt” a 300.000 min (üz yüz min), “Səbail”ə isə 200.000 (iki yüz min) AZN maliyyə yardımı ayrılması dəqiqləşdi.

Bu 4 kluba da AFFA maddi vəsait ayırandan sonra bu dəstəyi görməyən yalnız "Qarabağ" qaldı. Doğrudanmı, klubların maddi vəziyyəti belə ağırdır və yalnız AFFA-ya ümid bağlamalı olublar?

Sportinfo.az xəbər verir ki, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov sualı bu cür cavablandırıb: “Hər şeyi görürsüz, özünü maliyyələşdirməyi bacaran çox az klub qalıb. Çempionatımızın daha da yüksək səviyyədə keçməsi üçün AFFA və SOCAR öz maddi yardımını göstərir“.

Digər Xəbərlər
Xəbər Lenti