Millimiz Səudiyyə Ərəbistanına uduzdu

8 Avqust 2022 20:50 Azərbaycan Futbolu 1 181
Millimiz Səudiyyə Ərəbistanına uduzdu

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda B qrupundakı ilk sınağında Səudiyyə Ərəbistanı ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Bu qrupunun digər oyununda Mərakeş İrana 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimiz növbəti oyununu avqustun 10-da İranın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi