
Azərbaycanın tarixi şəhəri Şuşada 28 ildən sonra ilk dəfə Azan oxunub.
Sportinfo.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.
Azanı oxuyan şəxs də Azərbaycan Ordusunun əsgəridir.
Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad olunub.
Onu da xatırladaq ki, Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdi: "Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir"