Azərbaycanda uduzan komandaya PUL VERDİLƏR

2 Dekabr 2023 11:40 II Divizion 2 042
Azərbaycanda uduzan komandaya PUL VERDİLƏR

II Liqada mübarizə aparan «Baku Sportinq» ölkə kubokunun ikinci təsnifat mərhələsində «Kəpəz»lə qarşılaşdı.

Aşağı dəstənin lideri Premyer Liqa təmsilçisinə 90 dəqiqə layiqli müqavimət göstərdi.

Gəncə klubu yalnız əlavə vaxtda 2 qolla etap keçdi.

«Baku Sportinq» rəhbərliyi futbolçuların sərgilədiyi performansdan olduqca razı qalıb. Məğlubiyyətə rəğmən, onları mükafatlandırıblar.

Komanda üzvlərinin hər birinə 300 manat ödənilib. Elə yerində, isti-isti.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq