
Azərbaycan idmançıları bu gün Tokio Paralimpiya Oyunlarında daha dörd medal qazanmaqla medal sıralamasında ilk “10-luğ”a düşüb.
Sportinfo.az xəbər verir ki, ümumilikdə medallarımızın sayı beşə çatıb.
3 qızıl və iki bürünc medalı olan Azərbaycan hazırda 9-cu sıradadır.
İlk sırada Çin qərarlaşıb. Üç günə 18 qızıl, 10 gümüş və 14 bürünc medal qazanan uzaq şərqlilər həm də qazandıqları 42 medalla rekordçudur.
Böyük Britaniya 27 medal (9 qızıl, 9 gümüş, 9 bürünc) və Rusiya 24 medal (7 qızıl, 7 gümüş, 10 bürünc) medal qazanmaqla müvafiq olaraq 2-3-cü sıralarda qərarlaşıb.