Şəhanə finala yüksəldi, Bəsti medalsz qaldı - FOTO

27 Avqust 2021 12:20 Tokio-2020 885
Şəhanə finala yüksəldi, Bəsti medalsz qaldı - FOTO

Azərbaycanın daha bir paracüdoçusu Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki,48 kq çəki dərəcəsində çıxış edən Şəhanə Hacıyeva yarımfinalda Viktoriya Potapovanı (Rusiya) ipponla məğlububiyyətə uğradıb və ən azı gümüş medalı özü üçün təmin edib.

Daha əvvəl kişilərin yarışında Vüqar Şirinli (60 kq) finala adlayıb. Şirinli qızıl medal uğrunda qazaxıstanlı Anuar Sarıyevlə, Hacıyeva isə fransalı Sandrin Martine ilə görüşəcək.

66 kq-da yarışan Namiq Abbaslı isə bürünc medal uğrunda David Horaya (Ukrayna) ilə qarşılaşacaq. Digər qadın cüdoçusu Bəsti Səfərova (52 kq) yarışı medalsız başa vurub.

Ötən gün Azərbaycan komandasında pauerliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

Xəbər Lenti