Braziliya millisi ardıcıl ikinci dəfə çempion oldu - VİDEO

8 Avqust 2021 00:00 Tokio-2020 847
Braziliya millisi ardıcıl ikinci dəfə çempion oldu - VİDEO

Braziliya millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

Sportinfo.az xəbər verir ki, "sambaçılar" finalda İspaniya ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Mateus Kunya hesabı açıb.

61-ci dəqiqədə isə Mikel Oyarsabal bərəbərlik qoluna imza atıb. Cənubi Amerika təmsilçisinin heyətində Malkom 108-ci dəqiqədə qələbə qolunu vurub.

Beləliklə, Braziliya seçməsi olimpiya çempionu olub. Komanda 2016-cı il Riodakı Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı.

Xəbər Lenti