"Sanki çempion olmuşam" - Stadnik

7 Avqust 2021 20:40 Tokio-2020 934
"Sanki çempion olmuşam" - Stadnik

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq.) Tokio-2020-də bürünc medal qazanması haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, idmançımız üçüncü olduğuna görə özünü xoşbəxt saydığını bildirib: “Dünən finala yüksələ bilmədiyim üçün məyus idim. İndi isə qazandığım medalın fərqindəyəm. Nə qədər idmançı mənim yerimdə olmaq istəyər. Allaha şükür edirəm ki, mənə bu medalları və belə idmançı karyerası nəsib etdi. Bu gün çox xoşbəxtəm. Üçüncü yeri tutsam da, elə hiss var ki, sanki çempion olmuşam”.

Qeyd edək ki, Stadnik bürünc medal uğrunda görüşdə Namuuntsetseq Oçiri (Monqolustan) ilə qarşılaşıb və rəqibinə 10:0 hesabı ilə qalib gəlib.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"