Azərbaycanın qızıl medalsız olimpiadası - son 25 ildə ilk

7 Avqust 2021 17:00 Tokio-2020 1 100
Azərbaycanın qızıl medalsız olimpiadası - son 25 ildə ilk

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

Yarışda mübarizə aparan 44 olimpiyaçımızdan 7-si medal qazanıb: 3 gümüş, 4 bürünc. Təəssüf ki, son 25 ildə ilk dəfə - 1996-cı il Atlanta olimpiadasından sonra - Azərbaycan Yay Olimpiya Oyunlarında qızıl medal qazana bilməyib.

3 idmançımız finalda uduzub. Karatenin "qara brilliantı" adlandırılan beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev finalda italiyalı Luci Buzaya uduzaraq karyerasında olmayan yeganə çempionluğu qazanmaq şansını əldən verib.

Eyni aqibəti digər karateçimiz İrina Zaretska və güləşçi Hacı Əliyev də yaşayıb. Zaretskanın çempionluğuna inam çox olsa da, İrina finalda misirli rəqibindən heç xal belə ala bilməyib 0:2.

Üçqat dünya və Avropa çempionumuz Hacı Əliyev isə finalda yerli güləşçi Takuto Otoquro ilə bacarmayıb. Rio-2016-da bürünc medal əldə edən Hacı bu dəfə finalda uduzaraq Olimpiadanı gümüş medalla başa vurub.

Qadın güləşinin canlı əfsanəsi Mariya Stadnik olimpiya çempionu olmaq arzusuna çatmasa da, adını Azərbaycan idman tarixinə yazdırıb. Bürünc medala layiq görülən Stadnik ardıcıl 4 Yay Olimpiya Oyunlarında medal qazanan voleybolçumuz İnna Rıskalın rekorduna şərik olub.

Fərq ondadır ki, Rıskal 1964-dən 1976-cı ilədək keçirilən olimpiadalarında həmin uğuru keçmiş SSRİ yığmasının heyətində qazanıb, Mariya isə müstəqil Azərbaycanın bayrağı altında.

Stadniklə yanaşı İrina Kindzerska (cüdo), Alfonso Dominges (boks) və Rafiq Hüseynov da (yunan-roma güləşi) Tokio Olimpidasında çıxışını bürünc medalla başa vurub.

Qazanılan 3 gümüş, 4 bürünc medalla Azərbaycan hazırda olimpiadanın iştirakçı ölkələri arasında 67-ci yerdə qərarlaşıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"