
Azərbaycan Tokio Olimpiya Oyunlarında növbəti medalı qazanıb. Təəssüf ki, qızıl şansı olduğu halda bu medalın da əyarı gümüşdür.
Karateçimiz İrina Zaretska ən ağır çəki dərəcəsində (+61 kq) çempionluq uğrunda həllediici görüşdə Misir karateçisi Feryal Abdeləzizə uduzub - 0-2.
Beləliklə, Azərbaycan olimpiyaçıları Tokio-2020-də 3-cü finalda da uduzaraq gümüş medal qazanıb. Zaretskadan əvvəl digər karateçimiz Rafael Ağayev və güləşçi Hacı Əliyev də çempionuq qarşılaşmasında məğlub olmuşdu.
SPORTİNFO.AZ