
Azərbaycan karateçisi İrina Zaretska (+61 kq) Tokio Yay Olimpiya Oyunlarında finala vəsiqə alıb.
Bir qədər əvvəl başa çatan yarımfinal döyüşündə Zaretska Çin karateçisi Qonq Liyə qalib gəlib - 7:2. Finalda onun rəqibi Misir idmançısı olacaq.
Qeyd edək ki, Zaretska qrup mərhələsində keçirdiyi 4 görüşdən 3-də qalib gəlməklə yarımfinala yüksəlmişdi.