
Azərbaycan pəhləvanı Şərif Şərifov Tokio Yay Olimpiya Oyunlarında bürünc medalı qazanmaq şansını əldən verib.
2012-ci London Olimpiadasının qızıl, 2016-cı il Rio Olimpiadasının isə bürünc medalını qazanan Şərifov Tokio-2020-də 3-cü yer uğrunda görüşdə kubalı Reyner Salasla qarşılaşıb.
Şərif ilk yarını 2 xal irəlidə bitirib. 2-ci hissədə isə pəhləvanımız üstünlüyü əldən verib. Kubalı idmançı hesabı bərabərləşdirib və "sonuncu xal" prinsipinə əsasən qalib elan olunub.
Bununla da Şərif Şərifov ardıcıl 3-cü olimpiadada medal qazanmaq imkanını boşa verib.
SPORTİNFO.AZ