TOKİO-2020: Hacı Əliyev finalda uduzdu - Azərbaycanın 2-ci gümüşü

7 Avqust 2021 15:07 Paris-2024 1 250
TOKİO-2020: Hacı Əliyev finalda uduzdu - Azərbaycanın 2-ci gümüşü

Azərbaycan pəhləvanı Hacı Əliyev olimpiya çempiou olmaq şansını əldən verib.

65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və Avropa çempionumuz finalda yaponiyalı Takuto Otoquro ilə qarşılaşıb. Hacının dünya və ikiqat Asiya çempionu olan yaponla görüşünün ilk yarısı heç-heçə bitib -2:2.

2-ci hissədə isə sona 20 saniyə qalmış Otoquro 3, güləşçimiz isə 2 xal qazanıb. Beləliklə, Hacı Əliyev finalda uduzaraq (4:5) Tokio-2020-ni gümüş medalla başa vurub. Xatırladaq ki, Hacı Rio Olimpiadasında bürünc medala layiq görülmüşdü.

Əliyevin gümüş mükafatı Azərbaycanın Tokio Olimpiadasında rəsmən qazandığı 5-ci medal olub. Buna qədər idmançılarımızdan İrina Kindzerska (cüdo), Rafiq Hüseynov (Yunan-roma güləşi), Alfonso Dominges (boks) bürünc, karateçi Rafael Ağayev isə gümüş medal qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti