TOKİO-2020: 16-cı olimpiya çempionluğu!!!

7 Avqust 2021 13:05 Paris-2024 1 177
TOKİO-2020: 16-cı olimpiya çempionluğu!!!

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişi basketbolçular arasında olimpiya çempionu müəyyənləşib.

Gözlənildiyi kimi yarışın əsas favoriti ABŞ millisi yenə çempion olub. "Arzular komandası" finalda Fransa yığmasına 87:82 hesabı ilə qalib gəlib.

Fransızlar 2000-ci ildən sonra ilk dəfə olimpiadanın finalında oynayıb. Onlar Sidney-2000-də də finalda ABŞ milli komandasına uduzaraq gümüş medal qazanmışdı.

Amerikalılar isə ardıcıl 4-cü, ümumilikdə isə 16-cı dəfə Olimpiya Oyunlarının qalibi olub. Kişi basketbolu 1936-cı ildən olimpiadanın proqramına daxil edilib və ABŞ o vaxtdan indiyədək bütün Olimpiya Oyunlarında medal qazanıb.

Yalnız 1980-ci ilin Moskva olimpiadası istisna olmaqla. Çünki ABŞ keçmiş SSRİ imperiyası ilə soyuq münasibətlər səbəbindən Moskva-80-ni boykot etmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti