Ardıcıl 2-ci məğlubiyyət

7 Avqust 2021 12:15 Tokio-2020 1 062
Ardıcıl 2-ci məğlubiyyət

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərində təşkil edilən beynəlxalq “Savaria” turnirində ikinci oyununu keçirib.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz Niderland yığması ilə qarşılaşıb. Görüş niderlandlı voleybolçuların 3:0 (25:14, 25:13, 25:16) hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, voleybolçularımız ilk oyunda Macarıstana 2:3 hesabı ilə məğlub olmuşdu.

Yığmamız turnirdə sonuncu oyununu avqustun 7-də Çexiyaya qarşı keçirəcək.

Xəbər Lenti