Tokio-2020: Gözlənilən nəticə

24 İyul 14:20 Tokio-2020 474
Tokio-2020: Gözlənilən nəticə

Üzgüçümüz Maksim Şemberevin Tokio Olimpiadasındakı çıxışı təəssüf ki, bir çoxunun proqnozlaşdırdığı kimi alınıb.

O, təsnifat mərhələsində 400 metr məsafəyə qarışıq üsulla üzmədə öz qrupunda sonuncu - 8-ci yeri tutub. Ümumi sıralamda isə Maksim Şemberev 29 iştirakçı arasında 26-cı olub.

Qeyd edək ki, olimpiada öncəsi mülahizələrdə idmançılarımız arasında ən az ümid bəslənən atletlərdən biri məhz Şemberev idi.

SPORTİNFO.AZ

Xəbər Lenti