
Region Liqasında mübarizə aparan «Xan Lənkəran» «Xəzər Lənkəran» Mərkəzi Stadionu ilə bağladığı müqaviləni pozub.
Komanda bundan sonra rəqiblərini Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcək.
Dəyişikliyə səbəb üçün onların kifayət qədər ciddi əsası var.
Belə ki, «Xəzər Lənkəran» rəhbərliyi stadiona aid avadanlıqları, həmçinin bazada olan digər qurğuları satışa çıxarıb və «Xan Lənkəran» tərəfindən istifadəsinə qadağa qoyub.
Alqı-satqı əməliyyatına Mübariz Mənsimovun qardaşı, fəaliyyətini dayandırmış "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov nəzarət edir.
Bu isə hər ay bir neçə min manat icarəhaqqı ödəyən yeni klubun idarəçilərinin haqlı narazılığına səbəb olub.
SPORTİNFO.AZ