İlkin Fikrətoğlu: "Qarabağ" məhlə qədeşidir, istədiyini döyür, istədiyini…" - VİDEO

7 İyun 2024 18:00 Qarabağ 2 470
İlkin Fikrətoğlu: "Qarabağ" məhlə qədeşidir, istədiyini döyür, istədiyini…" - VİDEO

Azərbaycanda 32-ci futbol mövsümü “Qarabağ”ın 11-ci çempionluğu ilə yekunlaşdı

. Gözlənilməz deyil, artıq neçə ildir, kiçik istisnalarla “Qarabağ”ın rəqibsiz, rəqabətsiz çempionluğuna şahid oluruq.

Bu dəfə Ağdam klubu barıtı ümumiyyətlə çox etdi. Çempionatın bitməsinə təxminən 2 ay qalmış - matrın 29-da Qurban Qurbanovun komandası çempionluğu təmin etdi.

36 turun 26-da qalib gələn “Qarabağ” 5 heç hecə və 5 məğlubiyyətlə ən yaxın izləyicisi “Zirə”ni 25 xal qabaqladı.

Ən yaxın izləyicisini 25 xal qabaqlamaq o deməkdir ki, çempionatda bu komandaya rəqib yoxdur.

28-ci turda çempionluğunu elan edən “Qarabağ” bundan sonra Premyer Liqada özünü bir növ məhlə qədeşləri kimi aparmağa başladı.

İstədiyini döyür, istədiyini sevirdi.

Rəqiblərindən aşkar güclü olduğu ucun bəzən oyunları yola verir, bəzən isə bütün ağırlığını ortaya qoyurdu.

Məsələn, çempionatın zəif komandalarından ikisi – “Qəbələ” və “Araz Naxcıvan”la son turlarda yolaverdi hec-hecələr də var, prinsipial rəqib, hazırda zəlil gündə olan “Neftci”yə 5 cavabsız qolun vurulduğu qarşılaşma da var.

Belə fikir yaranır ki, Qurban Qurbanov sanki “Neftçi”dən nəyinsə, kiminsə heyfini, acığını çıxır: Bu mövsümdə “Neftçi”yə qarşı 4 oyun 4 qələbə, bütün qələbələr darmadağınla - ümumi hesab 17:2.

Belə göstəricisi hec bu mövsüm Premyer Liqanı tərk edən “Qəbələ” ilə “Qarabağ”ın duellərində qeydı alınmayıb. Amma buna görə nə Qurban Qurbanovu, nə də “Qarabağ”ın futbolçularını qınamaq olar.

“Neftçi”nin futbolçusu. məşqçisi və rəhbərliyi bu komandanın tarixinə, adına hörmət qoymursa, məsuliyyətəri yoxdursa. “Qarabağ”ın nə günahı?

“Qarabağ” çempionata hec də fantastik başlamamışdı. İlk 5 turda komandanın cəmi 2 qələbəsi vardı.

Amma Avroliqanın qrupuna vəsiqəni təmin etdikdən sonra həmişəki kimi tədricən optimal formanı yığmağa başladılar. Vurulan 97 qolla mövsümün rekorduna imza atdılar.

Bu qollardan 20-sinə adını yazdıran Olaviyo Juninyo mövsümün bombardiri oldu. Yasin Benzia və Nəriman Axundzadə isə mövsüm ərzində hərəyə 12 qol vurdu.

“Qarabağ”ın qarşısını ölkə kuboku uğrunda mübarizədə də alan olmadı. Finalda “Zirə”yə qalib gələn “köhlən atlar” tarixində 7-ci dəfə həm çempionluq, həm kuboku qazanmaqla “qızıl dubl” etdi.

Bu, futbolçu karyerasında son mövsümünü keçirən Maksim Medvedev üçün ən yaxşı hədiyyə oldu. Medvedevdən başqa, Adama Diakabi və Andrey Lunyovu da bir daha “Qarabağ” formasında görməyəcəyik.

Diakabinin gedişi gözlənilən idi, Lunyov isə dilinin bəlasına gəldi.

Qapıçının öz menceriylə arasında yaranan narazılıqdan sonra Anton Smirnov Rusiya mediasına müsahibə verərək, “Qarabağ”dakı ab-hava, rejimlə bağlı tənqidi fikirlər səsləndirdi, özü də Lunyova istinadən.

Hətta istinad etməsəydi belə, aydın məsələ idi ki, klubun daxilində olanları yalnız hadisələrin içində olan şəxs kənara çıxara bilər.

Lunyovun qapıçı mıəşqçisi Elxan Həsənovun zəif iş prosesini və klubdakı rejimi tənqid etməsini prinsipial Qurban Qurbanov 33 yaşlı rus qolkiperə bağışlamadı.

İndi yeni mövsüm üçün Qurban Qurbanov heyət qurmağa qapıdan başlamalı olacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti