"Qarabağ" tarixində 20-ci...

3 İyun 2024 14:20 Qarabağ 1 152
"Qarabağ" tarixində 20-ci...

“Qarabağ” tarixində 20-ci titulu qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu buna Azərbaycan Kubokunu qazanmaqla nail olub.

Qurban Qurbanovun yetirmələri finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.

“Qarabağ” 8-ci dəfə ölkə kubokunu qazanmaqla həm də 6-cı dəfə “qızıl dubl”a imza atıb. Hər iki göstəricidə özünün sahib olduğu rekordu yeniləyən Ağdam təmsilçisi tarixində yubiley titulunu əldə edib.

Hesabında 11 çempionluq (1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/24) və 8 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/24) olan “Qarabağ” 1993-cü ildə Superkuboka da sahib çıxıb. Ağdamlılar titul sayında da Azərbaycan rekordunu yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”