Kadinin mümkün dönüşü "Qarabağ"da ən çox kimi narahat edir? – 4 milyonluq İDDİA!

8 İyun 2024 14:00 Qarabağ 6 865
Kadinin mümkün dönüşü "Qarabağ"da ən çox kimi narahat edir? – 4 milyonluq İDDİA!

"Qarabağ"ın legioneri Leandro Andrade karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Bu barədə məşhur "A Bola" nəşri məlumat yayıb.

Portuqaliyalı jurnalistlərin iddiasına görə, "Beşiktaş" yarımmüdafiəçini transfer etmək istəyir.

İstanbul təmsilçisinin yeni baş məşqçisi Covani van Bronxorst klub rəhbərliyinə "Qarabağ"ın futbolçusunun transferi ilə bağlı razılıq verib.

"Beşiktaş" 24 yaşlı vinger üçün Azərbaycan çempionuna 4 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

"Qarabağ" Leandro Andradeni 2022-ci ilin yanvar ayında Bolqarısta "Çerno More"sindən transfer edib.

Kabo-Verde millisinin üzvü son mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Əldə etdiyimiz son məlumata görə, Andrade həqiqətən Azərbaycandan getmək niyyətindədir.

Kadi Borgesin «Krasnodar»dan «Qarabağ»a qayıtmağa hazırlaşması barədə xəbərlər onu ayrılıq barədə ciddidən-ciddiyə düşünməyə məcbur edib.

Braziliyalı vingerin dönüşündən sonra əsas heyətdə yerini itirəcəyini düşünür. O, hətta başqa bir kluba icarəyə verilməsinə də razıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti