Qurban Qurbanovla təkbətək danışdı, açıq-açığına elə bir ETİRAF ETDİ Kİ…

5 İyun 2024 13:00 Qarabağ 7 400
Qurban Qurbanovla təkbətək danışdı, açıq-açığına elə bir ETİRAF ETDİ Kİ…

Gözlədiyimiz kimi, "Qarabağ" qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

32 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.

Bu vida onun Qurban Qurbanova etdiyi etirafla gerçəkləşib.

Belə ki, baş məşqçiylə təkbətək görüşən kiper artıq karyerasının sonuna yaxınlaşdığını xatırladıb, daha çox pul qazanmaq istədiyini gizlətməyib.

Bildirib ki, ailəsinin gələcək həyatının təminatı üçün maddi cəhətdən gəlir əldə eləməyi qarşısına məqsəd qoyub.


Andrey «Qarabağ»da olduğu bu 1 il ərzində 200 min avro əməkhaqqı alıb. İndi isə onu Moskvada - «Dinamo»da gözləyirlər.

Paytaxt təmsilçisi sözügedən «əlcək sahibi»nə illik 500-550 min avro ödəməyə hazırdır. Onun «köhlən atlar»dan tələb etdiyi məbləğ isə bundan bir qədər çox – 600 min avro idi.

2023-cü ilin yayından "Qarabağ"da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb.

O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.


SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”