“Qarabağ”lıların sevimlisini bu addımı atmağa nə vadar etdi? - VİDEO

8 İyun 2024 20:40 Qarabağ 2 740
“Qarabağ”lıların sevimlisini bu addımı atmağa nə vadar etdi? - VİDEO

“Qarabağ” mövsümdə sonuncu oyunu “Zirə”yə qarşı keçirdi.

İyunun 2-də “Liv Bona Dea Arena”da keçirilən ölkə kubokunun final görüşündə ağdamlılar rəqibini 2:1 hesabı ilə məğlub etməklə “qızıl dubl”a imzasını yazdırdı.

Oyun başa çatandan sonra “Qarabağ”ın legionerlərinin təyyarəyə necə tələsdiklərini görməyə dəyərdi. Nə mətbuat nümayəndələrinə vaxt ayırmağa imkan tapırdılar, nə də azarkeşlərə. Niyyətləri xeyli vaxtdır görmədikləri ailə üzvlərinə qoşulmaq idi.

Eynilə azarkeşlərin sevimlisi olan Kevin Medina kimi. Gülərüzlü görkəmi ilə diqqət çəkən kolumbiyalı müdafiəçi bu dəfə söhbətə və zarafata imkan tapa bilmədi.

Azarkeşlərlə ünsiyyətdən qaçan Kevin hətta əlində “Medina, köynəyini mənə verərsənmi?” yazılı pankart tutan fanatın xahişini yerinə yetirmədən onu gözləyən avtobusa tərəf tələsdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti