COP29

“Qarabağ”ın hücumçusu: “Baş məşqçimiz bunu b»cardı"

12 İyun 09:20 Qarabağ 2 017
“Qarabağ”ın hücumçusu: “Baş məşqçimiz bunu b»cardı"

“Əziyyətimizin bəhrəsini mövsümün sonunda gördük. Buna görə çox xoşbəxtik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Olavio Juninyo Azərbaycan Kubokunun qalibi olmaqları barədə danışarkən deyib.

Braziliyalı legioner qarşıdakı avrokubok oyunları üçün hazırlıqlarını ciddi şəkildə davam etdirəcəklərini bildirib:

“Çempionlar Liqası kimi vacib turnirdə iştirak edəcəyik. Hədəf layiqli nəticələr əldə etməkdir.

Çempionluğu erkən təmin etdiyimizə görə oyunlara köklənmək hər zaman çətin olur.

Lakin baş məşqçimiz bunu bacardı. Əsas odur ki, mövsümü iki titulla başa vurduq”.

"Qarabağ” finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək tarixində 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti