COP29

"Qurban Qurbanov onunla bağlı bu problemin qarşısını dərhal aldı"

11 İyun 22:20 Qarabağ 2 247
"Qurban Qurbanov onunla bağlı bu problemin qarşısını dərhal aldı"

"Lunyovun getməsi "Qarabağ" üçün böyük problem olmayacaq".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Andrey Lunyovun "Qarabağ"dan ayrılmasını şərh edərkən Hüseyn Məhəmmədov dilə gətirib.

Azərbaycan millisinin sabiq qapıçısı fikirlərini belə əsaslandırıb:

"Çünki uzun illərdi "Qarabağ"da belə ayrılıqlara çox şahidlik etmişik. Klub lazım olan futbolçuları gətirmək imkanlarına sahibdir. Təcrübələri kifayət qədərdir".

Veteran qolkiper rusiyalı legionerin Ağdam təmsilçisini tərk etməsində onun menecerinin verdiyi açıqlamaların da rolu olduğunu sözlərinə əlavə edib:

"Son zamanlar menecerinin lazımsız söhbətlərini çox eşidirdik. Məncə, ayrılıqda bu da rol oynadı.

Qurban müəllim düzgün qərar verdi. Belə açıqlamalar ab-havanı pozmaq məqsədi daşıyırdı. Qurban müəllim dərhal bunun qarşısını aldı.

Əvəzolunmaz futbolçu yoxdur. Artıq yeni qapıçı da komandaya cəlb edilib. Ümid edirəm ki, boşluq yeni transferlə lazımıca doldurulacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?