Dostundan əfsanənin gedişi barədə təsirli sözlər: “Qarabağ"da Yeri çox görünəcək”

7 İyun 2024 21:20 Qarabağ 6 904
Dostundan əfsanənin gedişi barədə təsirli sözlər: “Qarabağ"da Yeri çox görünəcək”

“Qarabağ”ın əfsanəsi Maksim Medvedev futbolçu karyerasını başa vurdu.

Top dalınca qaçdığı dönəmdə “Qarabağ”dan başqa heç bir komandanın şərəfini qorumayan 34 yaşlı müdafiəçi butslarını mismardan asmağı qərara aldı.

81 oyunda Azərbaycan millisinin formasını geyinmiş Medvedevin yoxluğu özünü göstərəcək. Son illər əsas heyət üzvü sayılmasa da, kollektivin daxilində olması “Qarabağ” üçün böyük üstünlük idi.

2012-ci ildən Maksimlə komanda yoldaşı olmuş Bədavi Hüseynov Sportinfo.az-a açıqlamasında səbəbkarla bağlı fikirlərini dilə gətirib:

“Maksim bizim böyük qardaşımız, “Qarabağ”ın siması idi. Karyerasını başa vurmağı qərara aldı. Hər bir futbolçuya karyerasını bu cür bitirməyi arzulayıram.

10 ölkə çempionluğu, 6 ölkə kuboku. Karyerasında 16 titul var, avrokuboklarda zəngin təcrübəyə malikdir. Futbol belədir, vaxtı gələndə vidalaşırsan. O gün hamımızı gözləyir.

Futbolçular Maksimdən nümunə götürməlidir. “Qarabağ”da onun yeri çox görünəcək”.

Maksim Medvedev ağdamlıların şərəfini qoruduğu 552 matçda 17 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”