Təyyarəyə tələsən Juninyodan örnək addım - MARAQLI VİDEO

6 İyun 2024 20:00 Qarabağ 4 110
Təyyarəyə tələsən Juninyodan örnək addım - MARAQLI VİDEO

“Qarabağ”la “Zirə” arasında baş tutan kubokun final matçından sonra komandaların avtobuslarının yer aldığı məkanda qələbəlik yaşanırdı.

Azarkeşlərin niyyəti həmişəki kimiydi – “köhlən atlar”ın ulduz futbolçuları ilə şəkil çəkdirmək, onların futbolkalarına sahib olmaq.

İnanılmaz maraq təbii ki, komandanın “vuran ayağı” Olavio Juninyoya idi. Bir qrup azarkeş paltardəyişmə otaqlarına yaxın ərazidə dayanıb “18 nömrə” ilə yaxın təmasda olmaq istəyirdi.

Juninyo uzaqdan onu səsləyən azarkeşləri görüb təcili onların yanına tələsdi. Öncə xanım fanatla, daha sonra növbə ilə digərləri ilə şəkil çəkdirib təyyarəyə gecikdiyini deyərək “hadisə yerindən” uzaqlaşdı.

Braziliyalı hücumçunun sadəliyi və səmimiliyi bəzi futbolçulara örnək olmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”