“Qarabağ”ın mövsümlər arası fasilədən yollarını ayırdığı futbolçu Adama Diakabi oldu.
Fransız yarımmüdafiəçinin burada qalmayacağı çoxdan – adı Avropa Liqasının iştirak ərizəsinə salınmayanda bilinirdi.
Sadəcə, mövsümün sonunu gözləmək lazım gəlirdi.
İşin maraqlı tərəfi Diakabinin getməsi yox, klubun yaydığı mıəlumatda qeyd olunan faktdır.
Xəbərdə 28 yaşlı futbolçu ilə müqavilənin 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulduğu və bu müddət başa çatdığı üçün onunla yolların ayrıldığı diqqətə çatdırılıb.
Halbuki Diakabi ötən ilin yanvarında “köhlən atlar”la sözləşmə imzalayanda, anlaşmanın müddətinin 2025-ci ilin iyunun 30-dək qüvvədə olduğu bildirilmişdi.
Klubun 2023-cü ilin 13 yanvarında “instagram” hesabında etdiyi paylaşıma baxanda, bunu aşkar görmək mümkün olur.
Görünür, anlaşma “1,5+1 il” müddətini əhatə edirmiş. Buna görə də klub 2024-cü ilin iyununu yox, 2025-ci ilin həmin ayın göstərib.
HƏBİB / SPORTİNFO.AZ

