“Bəlkə də onun “Qarabağ”a qayıtmasının vaxtı çatıb"

6 İyun 2024 11:20 Qarabağ 4 444
“Bəlkə də onun “Qarabağ”a qayıtmasının vaxtı çatıb"

Rusiya mətbuatı bu mövsüm Premyer Liqanın ən zəif səkkiz yarımmüdafiəçisi haqda yazı dərc edib.

Sportinfo.az xəbər verir ki, "Foootball24.ru" portalı "Krasnodar"ın braziliyalı futbolçusu Kadinin də adını həmin siyahıya daxil ediblər.

Rusiyalı həmkarlarımız sabiq “Qarabağ”lının yenidən Azərbaycana qayıtmasının vaxtının çatdığına işarə vurublar:

"Azərbaycanın fatehi özünü ən yaxşı tərəfdən göstərə bilmədi və məyusluq yaşatdı. Kadi texnikası, yaxşı zərbəsi və cərimə zərbələri olan futbolçudur.

Amma o, birmənalı olaraq ötən mövsüm göstərdiyi səviyyədə deyildi. Borges rəqabəti Batçiyə və Olusequna uduzmağı bacardı.

İki dəfə əsas heyətdə başladığı matçların her birində 90-cı dəqiqəyə qədər meydanda olmadı. Ola bilsin ki, buna görə də Kadi taleyüklü matçda ehtiyat oyunçular skamyasında qalıb.

“Krasnodar” onun köməyi olmadan “Dinamo”ya qalib gəldi. Bəlkə də onun Azərbaycana qayıtmasının vaxtı çatıb".

28 yaşlı vingerin “Krasnodar"la müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”