“Qarabağ”ın hücumçusu görün kimlərlə eyni sırada dayanıb!

5 İyun 2024 21:20 Qarabağ 2 692
“Qarabağ”ın hücumçusu görün kimlərlə eyni sırada dayanıb!

Avropa Liqasında 2023/24 mövsümünə yekun vuruldu.

“Qarabağ”ın da mübarizə apardığı yarışda “Atalanta” “Bayer Leverkuzen”i 3:0 hesabı ilə üstələyərək kubokun qalibi adını qazandı.

Avropa Liqasının ən məhsuldar futbolçuları sırasında “Qarabağ”ın forvardı da yer alıb. Olavio Juninyo 794 dəqiqə meydanda olduğu 14 matçda rəqib qapılarından 5 top keçirib.

Çempionatımızın bombardiri bu siyahıda Məhəmməd Kudus ("Vest Hem"), Ademola Lukman ("Atalanta"), Viktor Qyökeres ("Sportinq"), Darvin Nunyez, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Fotis İoannidis ("Panatinaikos"), Viktor Bonifeys, Patrik Şik (hər ikisi “Bayer”), Mixail Qriqoritşlə ("Frayburq") eyni sırada yer alıb.

Adları çəkilənlərin hər biri Juninyo kimi eyni sayda (5 qol) vurub.

Turnirin ən məhsuldar oyunçusu adını 10 qolla Pyer-Emerik Obameyanq (Marsel) qazanıb. “Roma”lı Romelu Lukaku 7 qolla ikinci, “Atalanta”lı Canlyuka Skamakka ilə “Brayton”un üzvü Joao Pedro 6 qolla üçüncü sırada yer alıb.

Juninyo başa çatan mövsümdə “Qarabağ”ın heyətində Premyer Liqada 20, Azərbaycan kubokunda 5, Avropa Liqasında 5 qol vurmaqla ümumilikdə aktivinə 30 qol yazdırıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti