“Bilirəm ki, bizə böyük ümidlər bəsləyirlər” – “Qarabağ”ın təcrübəli siması

4 İyun 2024 23:40 Qarabağ 804
“Bilirəm ki, bizə böyük ümidlər bəsləyirlər” – “Qarabağ”ın təcrübəli siması

“Mövsümü iki titulla başa vurmaq hər birimizi sevindirir.

Çox yaxşı mövsüm keçirdiyimizi deyə bilərəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov deyib.

Premyer Liqada çempionluğu sona 8 tur qalmış rəsmiləşdirən “köhlən atlar” Azərbaycan kubokunu qazanmaq üçün ciddi çətinliklə üzləşdi.

“Zirə”ylə oyun gözləniləndən qat-qat ağır keçdi. Rəqib hesabı bərabərləşdirmək üçün real imkanlar yaxalasa da, yekunda “Qarabağ” 2:1 hesabı ilə qalib gəldi.

32 yaşlı müdafiəçi qarşıdakı hazırlıq dönəmi barədə danışıb:

“Yaxşı, eyni zamanda ağır mövsüm keçirdik. Oyunların sayı həqiqətən çox idi.

Bir az istirahət edib geri qayıdacağıq. Növbəti mövsümdə bizə böyük ümidlər bəsləyirlər.

Bilirəm ki, avrokuboklarda azarkeşlərin gözləntiləri böyükdür. O vaxta qədər maksimum forma yığmaq üçün var gücümüzlə çalışmalıyıq”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti