Qurban Qurbanovun “ağsaqqal“a hörməti buna görə imiş…

4 İyun 2024 16:00 Qarabağ 4 909
Qurban Qurbanovun “ağsaqqal“a hörməti buna görə imiş…

“Qarabağ” Riçard Almeyda ilə müqaviləni yeniləyib.

Ağdam təmsilçisi 35 yaşlı yarımmüdafiəçinin müqaviləsini 1 il müddətinə uzadıb.

Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Braziliyalı “Qarabağ”la 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.

Qurban Qurbanov bu mövsüm milliləşdirilmiş oyunçunun xidmətindən çox da istifadə etməyib.

Əsas heyətə dü şmək uğrunda rəqəbəti uduzan Almeyda əksər vaxt ehtiyat oyunçular skamyasından ayağa qalxmayıb.

Bununla belə, daha bir mövsüm burada saxlanılmasının səbəbi maraq doğurmaya bitlməz. Əslində səbəbi var və həmin o səbəb məntiqlidir.

Belə ki , Almeyda komanda daxilində legionerlərin «ağsaqqal»ı sayılır. Əcnəbi oyunçular, xüsusən də Cənubi Amerikadan olanlar üzərində böyük təsir gücü var.

Gəlmələr onun sözünü eşidir, məsləhətlərini dinləyir. Qurbanov bir növ Almeydanın vasitəsilə legionerləri idarə edir.

Təcrübəli baş məşqçi 35 yaşlı «qoca»nı sırf bu missyasına görə sərəncamında görməyi lazım bilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”