Bu hadisə “Qarabağ”lıların narazılığına səbəb oldu, etiraz etdilər - VİDEO

5 İyun 2024 00:40 Qarabağ 1 758
Bu hadisə “Qarabağ”lıların narazılığına səbəb oldu, etiraz etdilər - VİDEO

Azərbaycan Kubokunun finalında keçirilən “Qarabağ” – “Zirə” (2:1) matçından sonra Ağdam klubunun “Qarabağ Ordu” fan klubu kapitan Maksim Medvedevə etiraz edib.

Sportinfo.az xəbər verir ki, buna səbəb kuboku qazanan “köhlən atlar”ın futbolçularının dəstəyə görə adı çəkilən fan kluba təşəkkür etməməsi olub.

Digər fan klublarla kubok qazanmasını qeyd edən “Qarabağ”ın futbolçuları “Qarabağ Ordu”nun olduğu tribunaya getmədiyi üçün tərəfdarlar bundan narazılığını ifadə edib.

Karyerasını başa vuran Ağdam klubunun kapitanı Maksim Medvedev isə onları sakitləşdirməyə çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti